​"Bank VTB (Azərbaycan)" ipoteka bazarında fəallaşır

​"Bank VTB (Azərbaycan)" ipoteka bazarında fəallaşır Bank kreditləşməni artırmaq və ucuzlaşdırmaq niyyətindədir
Maliyyə
25 Dekabr , 2014 13:04
​Bank VTB (Azərbaycan) ipoteka bazarında fəallaşır

Bakı. 25 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC mövcud ipoteka proqramı çərçivəsində kreditlər üzrə faiz dərəclərini azaltmağı düşünür. "Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü Tural Vəliyev bildirib.

T.Vəliyev qeyd edib ki, yaxın perspektivdə "Bank VTB (Azərbaycan)" təqdim etdiyi ipoteka kreditləri üzrə illik dərəcələri azalda bilər: "Hazırda Bank illik 12% dərəcəsi ilə ipoteka kreditləri təqdim edir. Bu da digər Azərbaycan banklarının təqdim etdiyi faizlərdən təxminən 20-40% aşağıdır. Hətta gələcəkdə faiz dərəcəsinin 10%-dək salınmasını da düşünürük. Bu da əlbəttə ki, bazardakı cari vəziyyətdən asılı olacaq. Çünki bu kreditlər uzunmüddətlidir və ehtiyatlı olmağı tələb edir".

"Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev isə bildirib ki, hazırda Bankın ipoteka portfeli 10 mln. manat təşkil edir. Gələn il üçün bu göstəricinin 2, hətta 3 dəfə artırılması nəzərdə tutulub.

Y.Yakovlev qeyd edib ki, Bank bu ilin iyul ayında ipoteka kreditlərinin test rejimində verilməsinə başalayıb və ilk növbədə "Bank VTB (Azərbaycan)"dan kredit götürən tikinti şirkətlərinin evlərini sataraq satış prosesində fəal iştirakını təmin etmək istəyir.

Son xəbərlər

Orphus sistemi