Yuxarı

"​Bank VTB (Azərbaycan)"ın səhmdarlarının toplantısı mayda keçiriləcək

İclasda Bankın 2014-cü il üzrə maliyyə hesabatı, mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi məsələlərinə baxılacaq

Bakı. 17 aprel. REPORT.AZ/ Mayın 29-da "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək. Bankın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti,38 ünvanında saat 11:00-da olacaq.

İclasın gündəliyinə Bankın 2014-cü ilə olan maliyyə hesabatı, eləcə də 2014-cü ilə olan mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi məsələləri baxılması daxildir. Bundan başqa, səhmdarlar “Bank VTB (Azərbaycan)"ın kommersiya maraqlarının açıqlanması Qaydaları"nın yeni redaksiyasının təsdiqlənməsi məsələsini də müzakirə edəcəklər.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)"ın səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmətlər göstərir. Bu gün Bank bazarda 14 filial və baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi