"Bank VTB (Azərbaycan)"ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

"Bank VTB (Azərbaycan)"ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək Bakı. 19 mart. REPORT.AZ/ Aprelin 30-da “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
19 Mart , 2018 16:53
Bank VTB (Azərbaycan)ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

Bakı. 19 mart. REPORT.AZ/ Aprelin 30-da “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report”a daxil olan məlumata görə, tədbir saat 11:00-da Bankın baş ofisində, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 38 ünvanında olacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

- yığıncağın katibinin seçilməsi;

- 2017-ci ilə olan maliyyə hesabatına baxılması;

- 2017-ci ilə olan mənfəətin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxılması.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 99,99%-i “Bank VTB (Rusiya)”ya, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi