​"Bank VTB (Azərbaycan)"ın səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib

​"Bank VTB (Azərbaycan)"ın səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib Bank ölkədə və xaricdə biznesin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək
Maliyyə
2 İyun , 2015 16:36
​Bank VTB (Azərbaycan)ın səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin baş ofisində bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Səhmdarlar bankın 2014-cü il üzrə maliyyə hesabatını, eləcə də 2014-cü ilin mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri müzakirə edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bundan başqa, səhmdarlar “Bank VTB (Azərbaycan)"ın kommersiya maraqlarının açıqlanması qaydalarının yeni redaksiyasını təsdiq ediblər.

“Bank VTB (Azərbaycan)" bütün əsas göstəricilər üzrə yüksək dinamika nümayiş etdirib. Ötən ilin yekunlarına görə, ölkədə sürətlə böyüyən banklardan biri olub. Belə ki, il ərzində bank 8 filial açıb və bununla da satış məntəqələrinin sayı 15-ə çatıb. Bank bundan sonra da ölkədə və xaricdə biznesin inkişafı istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir”, - bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azərbaycan)"ın səhmdarları rolunda "VTB Bank" və “Ata Holding” ASC çıxış edir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilər, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi