"Bank VTB Azərbaycan"ın rəhbərliyində dəyişiklik olacaq

"Bank VTB Azərbaycan"ın rəhbərliyində dəyişiklik olacaq Dekabrın 23-ü saat 11:00-da Bank VTB Azərbaycan ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
8 Noyabr , 2019 15:50
Bank VTB Azərbaycanın rəhbərliyində dəyişiklik olacaq

Dekabrın 23-ü saat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında ("Messenat Plaza") yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi, aidiyyəti şəxslə əqd bağlanması məsələləri daxildir. 

Son xəbərlər

Orphus sistemi