"​Bank VTB (Azərbaycan)"in Bakıda yeni filialı açılıb

"​Bank VTB (Azərbaycan)"in Bakıda yeni filialı açılıb Yeni filial paytaxtın Azadlıq prospektində yerləşir
Maliyyə
1 Noyabr , 2014 10:42
​Bank VTB (Azərbaycan)in Bakıda yeni filialı açılıb
Bakı. 1 noyabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC Bakı şəhərində daha bir filialını istifadəyə verib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Azadlıq prospekti,18 ünvanında "Bank VTB (Azərbaycan)"in “28 May” filialının rəsmi açılış mərasimi keçirilib. Yeni filial əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC Rusiyanın "Bank VTB" ASC-nin törəmə qurumudur. Bankın səhmdarları qismində "Bank VTB" ASC və “AtaHolding” ASC çıxış edir. Bank əsasən korporativ, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi