​"Bank VTB (Azərbaycan)" ilk regional filialını açıb

​"Bank VTB (Azərbaycan)" ilk regional filialını açıb Gəncədə açılan filial Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux və Şəmkir əhalisinə də xidmət göstərəcək
Maliyyə
27 Fevral , 2015 17:38
​Bank VTB (Azərbaycan) ilk regional filialını açıb

Bakı. 27 fevral. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC ilk regional filialını Gəncə şəhərində açıb. “Gəncə” filialı şəhərin mərkəzində, Atatürk prospekti, 234 ünvanında yerləşir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, yeni ofisdə müştərilərə geniş çeşidli bank məhsulları təklif olunacaq, kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək. Filial həmçinin Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir əhalisinə xidmət göstərəcək.

"Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib ki, regionlarda filial şəbəkəsinin genişləndirilməsi bankın inkişaf strategiyasında prioritet hesab olunur: “Təsadüfi deyil ki, "Bank VTB (Azərbaycan)"ın ilk regional filialı Gəncədə açılıb. Gəncə Azərbaycanın iri sənaye şəhərlərindən biridir. Burada bir çox müəssisələr fəaliyyət göstərir ki, onlardan əksəriyyəti məhz sənayə sahəsinə aiddir. Bu filialın açılışı ilə biz regionlarda iqtisadiyyatın real sektorunun inkişafına dəstək olmaq niyyətindəyik".

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə qururumudur. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları qismində "VTB Bank" ASC və “AtaHolding” ASC çıxış edir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank bazarda 13 filial və baş ofisi yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi