Yuxarı

​"Bank VTB (Azərbaycan)" depozit portfelini kəskin artırmağı planlaşdırır

Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev: Artım həm hüquqi, həm də fiziki şəxslərin depozitləri üzrə proqnozlaşdırılır

Bakı. 25 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC 2015-ci ildə depozit portfelinin həcmini 3 dəfə artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Y.Yakovlevin sözlərinə görə, Bank həm hüquqi, həm də fiziki şəxslərin depozitləri üzrə gələn il üçün artım proqnozlaşdırır. Bu məqsədlə effektiv reklam kampaniyalarının aparılması nəzərdə tutulub.

"Bank VTB (Azərbaycan)" 2010-cu ildən aktiv şəkildə müştərilərə geniş spektrli bank xidmətləri göstərməyə başlayıb. Bankın aktivləri bu müddətdə 10 dəfə artaraq 2014-cü il dekabrın 1-nə 280 mln. manat təşkil edib. Ötən dövr ərzində Bankın depozit portfeli 11 dəfə artaraq cari il dekabrın 1-nə 20 mln. manata çatıb, mənfəət isə 4 mln. manatı keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi