"Bank VTB (Azərbaycan)"da əhalinin əmanətləri 66% artıb

"Bank VTB (Azərbaycan)"da əhalinin əmanətləri 66% artıb Avtomobil kreditləşməsi isə hesabat ilində 19% azalıb
Maliyyə
9 Fevral , 2015 17:31
Bank VTB (Azərbaycan)da əhalinin əmanətləri 66% artıb

Bakı. 9 fevral. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri illik müqayisədə 38,65% artraq 2015-ci il yanvarın 1-nə 288,921 mln. manata çatıb. Aktivlərdə əsas paya malik olan kredit portfeli isə bu müddətdə 49,23% artaraq 278,689 mln. manat olub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfelinin 2,4 mln. manatını 12 ayadək, 276,3 mln. manatını 12 aydan artıq müddətə verilən kreditlər təşkil edib.

Hesabat ilində istehlak kreditlərinin həcmində 45,84% artım müşahidə edilib və cari il yanvarın 1-nə istehlak kreditləşməsinin həcmi 134,224 mln. manata çatıb. Avtomobillərin kreditləşməsi isə hesabat ilində 18,68% azalaraq 59,7 mln. manata düşüb.

Hesabat dövründə bankda vaxtı keçmiş kreditlərin həcmində 3 dəfəyədək artım qeydə alınıb və bu ilin əvvəlinə problemli kreditlərin həcmi 21,2 mln. manatı keçib.

Bankın depozit portfeli üzrə də 2014-cü il ərzində azalma müşahidə olunub və portfel 28,89% azalaraq 16,0 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmində isə sürətli artım qeydə alınıb. Belə ki, əhalinin əmanətlərinin həcmi ötən il 66,27% artaraq ilin sonuna 8,6 mln. manatı ötüb.

Cari il yanvarın 1-nə "Bank VTB (Azərbaycan)"ın nizamnamə kapitalı 50,815 mln. manat, məcmu kapitalı 50,207 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi