“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub “Bank VTB Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 144,431 milyon manat təşkil edib.
Maliyyə
19 İyul , 2019 12:15
“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 144,431 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,4% çoxdur.

“Bank VTB Azərbaycan”ın aktivlərinin 47,068 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,5% kiçilib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 19,8% artaraq 84,058 milyon manata, o cümlədən depozit portfeli 8,8% artaraq 57,102 milyon manata, cəmi kapitalı isə 9,7% artaraq 60,373 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 6,48 milyon manat (ötən ilin eyni dövründə zərər edib), xərcləri 10,253 milyon manat (32,9% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 8,486 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Son nəticədə Son nəticədə Bank I yarımili 4,713 milyon manat mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 250,371 milyon manat zərərlə çıxmışdı.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi