"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib

"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib "VTB Online" xidmətinə qoşulmaq üçün müştərilər bankın ofislərinə müraciət etməlidir
Maliyyə
19 Avqust , 2016 10:15
Bank VTB (Azerbaijan) yeni xidmətini istifadəyə verib

Bakı. 19 avqust. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC "VTB Online" internet bankçılıq xidmətini istifadəyə verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, artıq yeni xidmət sayəsində müştərilər onlayn rejimdə öz maliyyə vəsaitlərini rahat və operativ idarə edə biləcəklər.

Sadə və intuitiv anlaşılan naviqasiyaya malik "VTB Online" servisi bütün bank əməliyyatlarını dünyanın istənilən nöqtəsindən 24/7 rejimində qısa müddətdə həyata keçirməyə imkan verir. İnternetə çıxış kifayətdir ki, müştərilər banka gəlmədən "VTB (Azerbaijan)"ın məhsul və xidmətlərindən yararlanıb, çoxsaylı bank əməliyyatlarını reallaşdırsınlar. Belə ki, "VTB Online" müştərilərə depozit hesabı açmağa, kreditlərini, kommunal və mobil rabitə xidmətlərini ödəməyə, həmçinin hesab qalıqlarını öyrənməyə, ödəmələrinə nəzarət etməyə, çıxarışlar etməyə və hesablar üzrə tranzaksiyaların tarixçəsini saxlamağa imkan verir.

"VTB Online" xidmətinə qoşulmaq üçün müştərilər Bankın ofislərinə müraciət etməlidir. 

Son xəbərlər

Orphus sistemi