​"Bank VTB (Azerbaijan)" yeni pulköçürmə sisteminə qoşulub

​"Bank VTB (Azerbaijan)" yeni pulköçürmə sisteminə qoşulub Pul köçürmələrini dollar, avro və rublda həyata keçirmək mümkündür
Maliyyə
3 Sentyabr , 2015 16:55
​Bank VTB (Azerbaijan) yeni pulköçürmə sisteminə qoşulub

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC "Blizko" pul köçürmələri sisteminə qoşulması prosesini başa çatdırıb. “Blizko” sistemi MDB və yaxın xarici ölkələrdə fəaliyyət göstərən 75 mindən çox məntəqədə pul köçürmək və qəbul etmək imkanı verir. Pul köçürmələri dollar, avro və rublla həyata keçirilir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, istiqamətdən asılı olmayaraq köçürmənin sürəti 1 dəqiqə vaxt alır. Xidmət üzrə komissiya yalnız vəsaiti göndərən şəxsdən tutulur. Komissiya orta hesabla köçürülən vəsaitin 0,5-0,8%-ni təşkil edir.

“Blizko” təcili pulköçürmə xidmətlərindən "Bank VTB (Azerbaijan)"ın bütün filiallarında, o cümlədən, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərindəki ofislərində istifadə etmək olar.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi