​"Bank VTB (Azerbaijan)" yeni məhsulların tətbiqinə hazırlaşır

​"Bank VTB (Azerbaijan)" yeni məhsulların tətbiqinə hazırlaşır Yaxın vaxtlarda Bank yerli prosesinq mərkəzinə keçəcək
Maliyyə
16 Fevral , 2015 10:25
​Bank VTB (Azerbaijan) yeni məhsulların tətbiqinə hazırlaşır

Bakı. 16 fevral. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC plastik kart xidmətini yaxın vaxtlarda yerli prosesinq mərkəzinə keçirməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Y.Yakovlev qeyd edib ki, bunun əsas məqsədi müştərilərə plastik kartlarla bağlı göstərilən xidmətlərin texnoloji baxımdan asanlaşdırılması və sadələşdirilməsidir. Bununla yanaşı, hazırda Bankın mütəxəssisləri yeni kart məhsullarının işlənməsi istiqamətində ciddi hazırlıq işləri aparırlar.

"Hazırda Bank yeni məhsulların, o cümlədən plastik kart xidmətlərinin tətbiqi sahəsində hazırlıq işləri görürlər. Bununla yanaşı, yaxın perspektiv üçün planlarımıza internet-bankçılıq sahəsinin inkişaf etdirilməsi və bu sahədə göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi daxildir", - deyə İdarə Heyətinin sədri əlavə edib.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "Bank VTB" ASC-nin törəmə qurumudur, səhmdarları qismində isə "Bank VTB" ASC və "AtaHolding" ASC çıxış edir. Bank əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi