Yuxarı
    Bağlamaq

    "Bank VTB (Azerbaijan)” yeni avadanlıq alır

    Bakı. 18 dekabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)” ASC ödəniş kartlarının hazırlanması üçün embossinq avadanlığının alınması ilə əlaqədar açıq tender elan edib.

    “Report” bu barədə Banka istinadən xəbər verir.

    Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 25 dekabr 2017-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr-ti, 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

    Tender sənədləri ilə Bankın baş ofisində tanış olmaq mümkündür. Tender üzrə əlaqəndirici şəxs Elşən Mahmudovdur (tel.: (012) 492 00 80 (daxili nömrə - 1233); faks: (012) 437 71 21; mob.: (055) 212 03 31).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi