Yuxarı
    Bağlamaq

    "Bank VTB (Azerbaijan)" veteranları təbrik edib

    Bank onlara hədiyyələr təqdim edib

    Bakı. 10 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC II Dünya Müharibəsində qələbənin 72-ci ildönümü münasibəti ilə veteranları təbrik edib. Bank nümayəndələri 9 May - Qələbə günü münasibəti ilə Rusiyanın Azərbaycandakı səfirliyinin veteranlar üçün təşkil etdiyi naharda iştirak edib.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, hər il keçirilən ənənəvi görüşdə "Bank VTB (Azerbaijan)"ın nümayəndələri müharibə iştirakçılarını təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

    “Veteranlara qayğı göstərərək biz onlara qəhrəmanlıqlarına görə təşəkkürümüzi bildiririk. II Dünya Müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının böyük rolu olub. Azərbaycanlılar döyüşlərdə və arxa cəbhədə cəsarətlə döyüşüb. Məhz Azərbaycan cəbhənin böyük qismini neftlə təmin edib. Bizim bank xalqımızın fədakarlığını yüksək qiymətləndirir və veteranlarla qürur duyur. Onlar gələcək nəsillər üçün parlaq nümunədir”, – deyə Bankın reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Ülfət Əhmədova qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi