“Bank VTB (Azerbaijan)” texniki dəstəyin alınması ilə bağlı tender keçirir

“Bank VTB (Azerbaijan)” texniki dəstəyin alınması ilə bağlı tender keçirir Bakı. 30 mart. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC1 illik “IBM Integration Bus” texniki dəstəyin alınması ilə əlaqədar tender elan edib.
Maliyyə
30 Mart , 2018 10:02
“Bank VTB (Azerbaijan)” texniki dəstəyin alınması ilə bağlı tender keçirir

Bakı. 30 mart. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC1 illik “IBM Integration Bus” texniki dəstəyin alınması ilə əlaqədar tender elan edib.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 4 aprel 2018-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən bankın baş ofisinə təqdim edilməlidir.

Tender sənədləri ilə bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar. Əlaqələndirici şəxs Elşən Mahmudovdur(Telefon: 012 492-00-80 daxili nömrə 1233, Faks: 012 437-71-21, Mob.: 055 212-03-31)

Son xəbərlər

Orphus sistemi