"Bank VTB (Azerbaijan)" tender keçirir

"Bank VTB (Azerbaijan)" tender keçirir Tender təklifləri fevralın 5-dək təqdim edilməlidir
Maliyyə
27 Yanvar , 2016 11:42
Bank VTB (Azerbaijan) tender keçirir

Bakı. 27 yanvar. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC xidmətin əldə edilməsi, kompleks qiymətləndirmə, məsafədən bank xidməti sistemi üzrə açıq tender elan edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə, bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və fevralın 5-i saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti,38 ("MessenatPlaza") - "Bank VTB (Azerbaijan)"ın baş ofisinə təqdim edilməlidir.

Tender sənədləri ilə Bankın baş ofisində tanış olmaq mümkündür. Tender Komissiyası üzrə əlaqələndirici şəxs Rüfət Sultanovdur (tel.: (+994 12) 492 00 80 (daxili - 1252); faks: (+994 12) 437 71 21; mob.: (+994 50) 286 00 87).

Son xəbərlər

Orphus sistemi