Yuxarı

"Bank VTB (Azerbaijan)" distant təlim sistemi üzrə tender elan edib

Bankın digər tenderləri kuryer xidməti və lizensiyaların alışı ilə bağlıdır

Bakı. 13 iyul. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC distant təlim sisteminin tətbiqi layihəsi üzrə tender elan edib. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 28 iyul saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Bundan başqa, "Bank VTB (Azerbaijan)" ASC Cisco IronPort ESA C300V lisenziyalarının əldə edilməsi üzrə tender elan edib. Tender təklifiləri 28 iyul saat 16:00-dan gec olmayaraq Bankın baş ofisinə təqdim olunmalıdır.

Bank həmçinin Azərbaycan hüdudları daxilində kuryer xidmətlərinin göstərilməsi üzrə də tender keçirir. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 18 iyul saat 16:00-dan gec olmayaraq Bankın baş ofisinə verilməlidir.

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi