"Bank VTB (Azerbaijan)" sığortaçı axtarır

"Bank VTB (Azerbaijan)" sığortaçı axtarır Bank bu məqsədlə açıq tender elan edib
Maliyyə
1 İyun , 2017 16:30
Bank VTB (Azerbaijan) sığortaçı axtarır

Bakı. 1 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC bankomatlarının və onlarda olan nağd vəsaitlərin sığortalanması üzrə açıq tender elan edib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə üstünlük veriləcək.

Tender təklifləri 7 iyun 2017-ci il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti,38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi