“Bank VTB (Azerbaijan)” Rus Mədəniyyəti Mərkəzində kompüter sinfi açıb

“Bank VTB (Azerbaijan)” Rus Mədəniyyəti Mərkəzində kompüter sinfi açıb Bu, təhsil, mədəniyyət, idman və səhiyyə sahəsində olan layihələrə dəstək çərçivəsində reallaşıb
Maliyyə
28 İyul , 2017 15:59
“Bank VTB (Azerbaijan)” Rus Mədəniyyəti Mərkəzində kompüter sinfi açıb

Bakı. 28 iyul. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC təhsil, mədəniyyət, idman və səhiyyə sahəsində olan layihələrə dəstək çərçivəsində rus icması yanında Rus Mədəniyyət Mərkəzində kompüter sinfi açıb.

“Report” bu barədə banka istinadən xəbər verir.

Yeni sinfin hesabına Rus Mədəniyyət Mərkəzində indi informasiya texnologiyalarının tədrisi üçün kurslar mövcuddur ki, bu da uşaqlara kompüter biliklərini artırmağa imkan verəcək. Kompüterlər metodik vəsait kimi, rus dili və ədəbiyyatı kurslarında da istifadə olunur. Bundan başqa, uşaqlar internet şəbəkəsi vasitəsi ilə geniş məlumat bazasına da çıxış əldə ediblər. 

"Bank daim sosial-korporativ siyasəti çərçivəsində layihələr reallaşdırır, müxtəlif mədəniyyət və idman tədbirlərinə sponsor dəstəyi göstərir", - xəbərdə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi