"Bank VTB (Azerbaijan)" rüblük maliyyə göstəricilərini açıqlayıb

"Bank VTB (Azerbaijan)" rüblük maliyyə göstəricilərini açıqlayıb Bakı. 6 aprel. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin aktivləri bu ilin əvvəlindən 1,41% azalaraq aprelin 1-nə 429 427,60 min manat təşkil...
Maliyyə
26 Aprel , 2017 18:01
Bank VTB (Azerbaijan) rüblük maliyyə göstəricilərini açıqlayıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin aktivləri bu ilin əvvəlindən 1,41% azalaraq aprelin 1-nə 429 427,60 min manat təşkil edib.

"Report" bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müdədtdə kredit portfeli 5,49% azalaraq 342 650,7 min manata düşüb. Kredit portfelinin 132 616,1 min manatını istehlak kreditləşməsi təşkil edib. Cəmi öhdəliklər ilin əvvəlindən 1,52% azalaraq aprelin 1-nə 393 374,28 min manat olub. Depozitlərin həcmi 2,43% artaraq aprelin 1-nə 44 175,76 min manata yüksəlib. Nizamnamə kapitalı dəyişməyərək 50 815 min manat, cəmi kapitalı 0,22% azalaraq 36 053,32 min manat təşkil edib.

Bank bu ilin birinci rübü ərzində 261,09 min manat xalis zərər edib. Belə ki, vergilər ödənilədək mənfəəti 561,5 min manat, mənfəətdən ödənilən vergi 822,59 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi