​"Bank VTB (Azerbaijan)" rublla ipoteka kreditləri verəcək

​"Bank VTB (Azerbaijan)" rublla ipoteka kreditləri verəcək Gələn həftədən bank manatla istehlak kreditləşməsini bərpa edəcək
Maliyyə
11 Avqust , 2015 17:23
​Bank VTB (Azerbaijan) rublla ipoteka kreditləri verəcək

Bakı. 11 avqust. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC perspektivdə Rusiya rublu ilə ipoteka kreditləri verə bilər. Bunu "Report"a açıqlamasında bankın Biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib.

T.Vəliyev qeyd edib ki, rublla ipoteka kreditləri əsasən Rusiyada çalışan və Azərbaycanda daşınmaz əmlak sahibi olmaq istəyənlər üçün nəzərdə tutulacaq. Ödənişlər isə Rusiyada "Bank VTB"nin şəbəkəsi ilə birbaşa aparıla bilər.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC hazırda dollarda daxili ipoteka kreditləşməsini tərəfdaş tikinti şirkətləri ilə birlikdə davam etdirir. T.Vəliyev bildirib ki, bank 2015-ci ildə təxminən 20 mln. dollara yaxın həcmdə 300-dək ipoteka krediti verib. İlin sonuna qədər isə bank daxili ipoteka kreditləşməsini 50 mln. dollara çatdırmaq niyyətindədir.

Bundan başqa, "Bank VTB (Azerbaijan)" avqustun 17-dən etibarən manatla istehlak kreditlərinin maliyyələşməsini bərpa edəcək. Belə ki, istehlak kreditlərinin maksimal məbləği 11 min manat, müddəti isə 3 ilədək olacaq. Maraqlıdır ki, manatla maliyyələşmə Azərbaycan Mərkəzi Bankının resursları və daxili imkanları hesabına formalaşacaq.

Son xəbərlər

Orphus sistemi