Yuxarı

​"Bank VTB (Azerbaijan)" pulköçürmə sistemi ilə kartlara vəsaitin yatırılması xidmətini istifadəyə verib

Müştərilərə Contact pul köçürmələri sistemi vasitəsi ilə kartlarındakı vəsaiti artırmaq imkanı yaradılıb

Bakı. 31 mart. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilərə “Contact” pul köçürmələri sistemi vasitəsi ilə bank kartlarında vəsait artırmaq xidmətini təklif edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, indi müştərilər "Contact" sistemi ilə "MasterCard", "Visa", "American Express" və "Diners Club International", eləcə də "Elkart" ödəniş sisteminin kartlarına vəsait əlavə etmək imkanı qazanıblar. Müştəri pul vəsaitini həm öz kartına, həm də üçüncü şəxsin kartına yatıra bilər, həmçinin kartla bağlı olan krediti ödəyə bilər.

Bu əməliyyatları həyata keçirmək üçün kartın nömrəsini göstərmək kifayətdir, hesabın rekvizitləri, kart sahibinin adı, soyadı, atasının adı və hər hansı digər məlumat tələb olunmur. Karta vəsait dollar, avro və rublla yatırıla bilər. Xidmət üzrə komissiya artırılan məbləğin 1,5% + 50 rubl (2 dollar və ya avro) təşkil edir. Bir köçürmənin maksimal məbləği 75 min rubldur (və ya xarici valyuta ekvivalenti). Pulun köçürülmə müddəti kartın emitenti olan bankdan asılı olaraq 2 saniyədən 10 günədək vaxt apara bilər.

Bu xidmətdən istifadə etmək üçün yalnız kartın nömrəsi tələb olunur. Özü də üçüncü şəxsin kartına vəsait yatırılarkən, onu almaq üçün kart sahibi heç bir yerə müraciət etməli deyil. Qısa müddət ərzində pullar onun kartına yatırılacaq.

"Bank VTB (Azerbaijaan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank bazarda 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi