Bakı. 20 fevral. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC müştərilərinə pul köçürmələri üzrə yeni xidmət təklif edir.
Bu barədə "Report" Banka istinadən xəbər verir.
Məlumata görə, indi "Bank VTB (Azerbaijan)"ın plastik kart sahibləri Bankın bankomatları vasitəsi ilə öz kartlarından istənilən yerli bankın kartlarına vəsait köçürə bilər. Bu xidmətin əsas üstünlüyü ondadır ki, pul vəsaitini istənilən prosesinq mərkəzinin xidmət göstərdiyi bankın kartlarına köçürmək mümkündür.
“Bank VTB (Azerbaijan)”ın bütün kart istifadəçiləri bu xidmətdən yararlana bilər. Pul köçürmələrini manat, ABŞ dolları, avro və Rusiya rublu ilə həyata keçirmək mümkündür. Kartların valyutası eyni olduğu halda əməliyyatın məbləğinə məhdudiyyət qoyulmur. Valyutalar müxtəlif olduqda köçürmənin maksimal məbləği 1 000 ABŞ dolları (və yaxud bu məbləğin digər valyutadakı ekvivalenti) təşkil edir. Əməliyyat üzrə komissiyaya köçürülən məbləğin 1%-i (azı 2 AZN/USD/EUR,100 RUB) həddindədir.
Köçürmə qısa müddətdə həyata keçirilir və bir neçə dəqiqə ərzində pul vəsaiti qarşı tərəfə çatdırılır.