​"Bank VTB (Azerbaijan)" pul köçürmələri üçün şərtləri yeniləyib

​"Bank VTB (Azerbaijan)" pul köçürmələri üçün şərtləri yeniləyib Bu, yalnız ölkədaxili pul köçürmələrinə aiddir
Maliyyə
2 İyun , 2016 15:18
​Bank VTB (Azerbaijan) pul köçürmələri üçün şərtləri yeniləyib

Bakı. 2 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilərə "Zolotaya Korona" təcili pulköçürmə sistemi vasitəsi ilə ölkə daxilinə pul köçürmələrini milli valyutada yeni şərtlərlə reallaşdırmağa imkan yaradıb. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ölkə daxilində köçürmə 300 manatadək olduqda xidmət üzrə ödəniş 1 manat təşkil edir. Köçürülən məbləğ 300 manatdan çox olduqda xidmət haqqı köçürülən məbləğin 0,3% (15 manatdan çox olmamaqla) olacaq.

Köçürmə bir neçə dəqiqə ərzində həyata keçirilir. Bankın müştəriləri pul vəsaitlərini Azərbaycan ərazisində onlar üçün istənilən "Zolotaya Korona" ödəmə məntəqəsindən ala bilər. 

Son xəbərlər

Orphus sistemi