Yuxarı

​"Bank VTB (Azerbaijan)" paket sığorta məhsullarının satışına başlayıb

Bu paket çərçivəsində KASKO avtomobil sığortası, Daşınmaz əmlakın sığortası və Bədbəxt hadisələrdən sığorta məhsullarını almaq olar

Bakı. 11 mart. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC öz müştərilərinə yeni komisyon məhsulu – paket sığorta məhsullarını təklif edir. Paket sığorta məhsulları öncədən müəyyən edilmiş qaydada sabit şərtləri, riskləri və sığorta məbləğləri olan sığorta proqramıdır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, sözügedən paket çərçivəsində “KASKO avtomobil sığortası”, “Daşınmaz əmlakın sığortası” və “Bədbəxt hadisələrdən sığorta” kimi məhsullar təqdim edilir. Hər bir sığorta məhsulunun müddəti 1 ildir.

KASKO sığortasının qiyməti 99 manat və 220 manat təşkil edir. Əmlakın sığortalanması zamanı məhsulun qiyməti bölgədən asılı olaraq 48 manatdan 70 manatadək dəyişir. Bədbəxt hadisələrdən sığortanın qiyməti isə 30 manat və 35 manatdır.

Sığorta polisinin alınması və rəsmiləşdirilməsi "Bank VTB (Azerbaijan)"ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət etməyə ehtiyac yoxdur.

“KASKO avtomobil sığortası” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Əmlakını sığortalamaqda maraqlı olanlar şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim etməlidirlər. Bədbəxt hadisələrdən sığortalanarkən yalnız şəxsiyyət vəsiqəsi lazımdır.

Bundan başqa, paket sığorta məhsullarını hədiyyə üçün də almaq mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi