"Bank VTB (Azerbaijan)" ötən ili 5 mln. manata yaxın xalis mənfəətlə başa vurub

"Bank VTB (Azerbaijan)" ötən ili 5 mln. manata yaxın xalis mənfəətlə başa vurub Bakı. 31 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan) ASC-nin aktivləri illik müqayisədə 8,8% azalaraq bu il yanvarın 1-nə 397,211 mln. manat təşkil edib.
Maliyyə
31 Yanvar , 2018 17:59
Bank VTB (Azerbaijan) ötən ili 5 mln. manata yaxın xalis mənfəətlə başa vurub

Bakı. 31 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)" ASC-nin aktivləri illik müqayisədə 8,8% azalaraq bu il yanvarın 1-nə 397,211 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2017-ci ildə "Bank VTB (Azerbaijan)"ın kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) 12,4% azalaraq 281,176 mln. manat olub. 

Bankın cəmi öhdəlikləri 10,6% azalaraq 357,094 mln. manata düşüb. O cümlədən depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla) 47,094 mln. manat olub ki, bu da illik müqayisədə 9,2% çoxdur. 

Ötən il Azərbaycan Mərkəzi Bankının "Bank VTB (Azerbaijan)"a qarşı tələbi dəyişməyərək 30 mln. manat qalıb. 

Bu ilin əvvəlinə Bankın nizamnamə kapitalı 50,815 mln. manat, cəmi kapitalı isə 40,117 mln. manat təşkil edib.

"Bank VTB (Azerbaijan)" 2017-ci ildə 4,753 mln. manat xalis mənfəət əldə edib. Halbuki Bank 2016-cı ildən 2,625 mln. manat xalis zərərlə çıxmışdı.

Son xəbərlər

Orphus sistemi