"Bank VTB (Azerbaijan)" onlayn xidmət şəbəkəsini genişləndirir

"Bank VTB (Azerbaijan)" onlayn xidmət şəbəkəsini genişləndirir Hazırda Bankın korporativ müştərilərinin 44%-i artıq bu xidmətə qoşulub
Maliyyə
30 May , 2017 17:35
Bank VTB (Azerbaijan) onlayn xidmət şəbəkəsini genişləndirir

Bakı. 30 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin korporativ müştəriləri "VTB Online internet banking" xidmətindən istifadə edənlərin sayı artır. Hazırda Bankın korporativ müştərilərinin 44%-i bu xidmətə qoşulub. 

"Report" bu barədə Banka istinadən xəbər verir.

"VTB Online internet banking" xidmətinə qoşulmaq tamamilə pulsuzdur. Hüquqi şəxslərin daha çox istifadə etdiyi xidmətlər arasında valyuta mübadiləsi, ölkədaxilinə və xaricə, xüsusilə də Rusiyaya pul köçürmələri, eləcə də əmək haqlarının köçürülməsi kimi onlayn məhsullar üstünlük təşkil edir. Bu xidmət vasitəsi ilə bank hesablarından xidmətlərin ödənişi, ödənişlərin çoxsaylı davamlı avtorizasiyası və əmək haqqı layihələri üçün ödənişlərin kütləvi köçürülməsi, kart sifarişi və digər bank əməliyyatlarını həyata keçirmək mümkündür.

"Bank VTB (Azerbaijan)" eləcə də mobil bank xidmətini təklif edir. Beləliklə, internet bankçılıq istifadəçiləri mobil telefonlarına müvafiq əlavəni yükləyərək asanlıqla mobil bankçılıq xidmətindən istifadə edə bilər. "VTB Mobile"ı "İOS" və "Android" platformalarını dəstəkləyən bütün mobil cihazlara yükləmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi