​"Bank VTB (Azerbaijan)" ödəniş kartlarının "3D Secure" xidmətinə icbari qoşulması şərtini tətbiq edib

​"Bank VTB (Azerbaijan)" ödəniş kartlarının "3D Secure" xidmətinə icbari qoşulması şərtini tətbiq edib Kartlarını bu sistemə qoşmayan müştərilər onlayn ödənişlər həyata keçirə bilməyəcəklər
Maliyyə
25 Fevral , 2016 17:03
​Bank VTB (Azerbaijan) ödəniş kartlarının 3D Secure xidmətinə icbari qoşulması şərtini tətbiq edib

Bakı. 25 fevral. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC ödəniş kartlarının "3D Secure" (Verified by Visa) xidmətinə icbari qoşulması şərtini tətbiq edib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

"3D Secure" texnologiyası kredit və debet kartları ilə onlayn ödəniş zamanı əlavə təhlükəsizlik səviyyəsi kimi istifadə olunur. Belə ki, bu xidmət vasitəsilə müştərilər üçüncü şəxslər tərəfindən öz kartlarının icazəsiz istifadəsindən qorunmuş olacaq.

Məlumata görə, "3D Secure" xidməti "Bank VTB (Azerbaijan)" tərəfindən hələ 2015-ci ildə tətbiq olunub, lakin bir çox kart sahibi bu zamana qədər xidmətin üstünlüklərindən yararlanmayıb. Bank müştəri kartları ilə qeyri-qanuni əməliyyatların riskini minimallaşdırmaq məqsədilə 1 mart 2016-cı il tarixindən ödəniş kartlarının "3D Secure" xidmətinə qoşulmasını icbari şərt kimi tətbiq edir.

Özünü dələduzluqdan qorumaq və "3D Secure" texnologiyasından istifadə etmək üçün müştərilər öz kartlarını https://acs.3dsecure.az/way4acs/enroll linkinə keçərək prosesinq şirkətinin www.azericard.com saytında qeydiyyatdan keçirməlidir.

Bundan sonra müştərilər SMS vasitəsilə (SMS-xəbərdarlıq xidmətinə qoşulduqda) birdəfəlik parol əldə edəcək. Müştəri SMS-xəbərdarlıq xidmətinə qoşulmadığı halda, "3D Secure" birdəfəlik parol əvvəlcədən "Bank VTB (Azerbaijan)"ın bankomatından alınmalıdır.

Qeyd edək ki, "3D Secure" xidməti tamamilə pulsuzdur. Əlavə suallar yarandığı halda, müştərilər "VTB (Azerbaijan)"ın istənilən filialına müraciət edə və ya 986 qısa nömrəli Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlaya bilər. Kartlarını bu sistemə qoşmayan müştərilər onlayn ödənişlər həyata keçirə bilməyəcək (məhdudiyyətlər digər kart əməliyyatlarına aid olunmur).

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. Bankın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bankın 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi var.

Son xəbərlər

Orphus sistemi