"Bank VTB (Azerbaijan)" nizamnamə kapitalını 6,2 dəfə artırır

"Bank VTB (Azerbaijan)" nizamnamə kapitalını 6,2 dəfə artırır Bu barədə Prezident İlham Əliyevin "Bank VTB"nin prezidenti və İdarə Heyətinin sədri ilə görüşündə bildirilib
Maliyyə
24 Yanvar , 2018 12:41
Bank VTB (Azerbaijan) nizamnamə kapitalını 6,2 dəfə artırır

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu ilin I rübündə “Bank VTB(Azerbaijan)” ASC-nin nizamnamə kapitalı 265 mln. manat artırılacaq. 

Bu barədə "Report" Banka istinadən xəbər verir. 

Məlumata görə, Davosda (İsveçrə) keçirilən Dünya iqtisadi forumu çərçivəsində Prezident İlham Əliyev "Bank VTB"nin prezidenti və İdarə Heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində marağlı olduqlarını təsdiqləyiblər. A.Kostin dövlət başçısına Azərbaycandakı törəmə bankın nizamnamə kapıtalının 6,2 dəfə artırılması planlarından danışıb. 

Tərəflər həmçinin Azərbaycan iqtisadiyyatına investisiyaların, xüsusilə də beynəlxalq bazarlardan ölkəyə maliyyə vəsaitləri cəlb edilməsinin təşkilində "Bank VTB"nin iştirakı məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, hazırda "Bank VTB (Azerbaijan)"ın nizamnamə kapitalı 50 815 000 manat olmaqla, hər birinin nominal dəyəri 0,2 manat olan, 254 075 000 ədəd adlı, sənədsiz, adi səhmdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi