"Bank VTB (Azerbaijan)" müştərilərin manat əmanətlərinin həcmini açıqlayıb

"Bank VTB (Azerbaijan)" müştərilərin manat əmanətlərinin həcmini açıqlayıb Bank: Əmanətlərin strukturunda ən böyük artımı müddətli əmanətlər nümayiş etdirib
Maliyyə
5 Yanvar , 2017 10:51
Bank VTB (Azerbaijan) müştərilərin manat əmanətlərinin həcmini açıqlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin fiziki şəxslər üzrə manat əmanət portfelinin həcmi 2016-cı ilin əvvəlindən dekabrın 15-dək 72% artıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddət ərzində əmanətlərin strukturunda ən böyük artımı müddətli əmanətlər nümayiş etdirib. Hesabat dövründə pərakəndə müştərilərin manat əmanətləri üzrə artım 79,4% təşkil edib.

Müddətindən və faizlərin ödəmə şərtlərindən asılı olaraq "Bank VTB (Azerbaijan)" müştərilərinə illik 15 -17% gəlirliliyi olan əmanət məhsulları təklif edir. Dekabrın əvvəlindən başlayaraq 2017-ci il yanvarın 31-dək Bank, “Yeni İl Hədiyyəsi” adlı aksiya çərçivəsində milli valyutada açılan əmanətlərin faiz gəlirlərinin üzərinə +1% bonus əlavə edir.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" ASC korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi