​"Bank VTB (Azerbaijan)" müştərilərə yuanla xidmətlər təklif edir

​"Bank VTB (Azerbaijan)" müştərilərə yuanla xidmətlər təklif edir Yuri Yakovlev: "Bu gün "Bank VTB (Azerbaijan)" ölkədə yuanda xidmət təklif edən yeganə bankdır"
Maliyyə
25 İyul , 2016 13:16
​Bank VTB (Azerbaijan) müştərilərə yuanla xidmətlər təklif edir

Bakı. 25 iyul. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilərə Çin valyutası - yuanla hesablaşma-kassa xidmətləri təklif edir. "Report"un banka istinadən verdiyi xəbərə görə, müştərilər həm Çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilərlər. Hesabın açılması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflərlə təklif olunur.

"Yuan ilə pul vəsaitlərinin köçürülməsi əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirilir. Bu halda pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda deyil, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edilir və onların Çin valyutasına mübadiləsi həyata keçirilir", - deyə Bankdan bildirilib.

"Digər bankdakı, eləcə də VTB qrup daxilindəki hesaba köçürməyə görə komissiya köçürülən məbləğin 0,5%-ni (minimum 100-maksimum 500 yuan) təşkil edir. Təcili köçürmə üzə komissiya məbləği 200 yuan təşkil edir. Qeyd edək ki, VTB (Azərbaycan) Çində də banka sahib olan Rusiyanın aparıcı maliyyə qrupuna daxildir. Bu isə pul köçürmələrini qısa müddət ərzində və sərfəli şərtlərlə həyata keçirməyə imkan verir".

“Hazırda Çin iqtisadiyyatı dünyada ən iri iqtisadiyyat hesab olunur. Bu bazara Azərbaycan iş adamlarının da marağı günbəgün artır. Buna görə də biz maksimal dərəcədə rahat və sərfəli hesablaşma-kassa xidmətləri təklif etməyə çalışırıq. Bu gün "Bank VTB (Azerbaijan)" ölkədə Çin yuanında xidmət təklif edən yeganə bankdır”, - deyə "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Son xəbərlər

Orphus sistemi