​"Bank VTB (Azerbaijan)" müştərilərə güzəştli tariflər təklif edib

​"Bank VTB (Azerbaijan)" müştərilərə güzəştli tariflər təklif edib Güzəştli tariflər pul köçürmələri və vəsaitin nağdlaşdırılması əməliyyatlarına aiddir
Maliyyə
6 May , 2016 10:50
​Bank VTB (Azerbaijan) müştərilərə güzəştli tariflər təklif edib

Bak. 6 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC hesablaşma-kassa xidmətləri üzrə müştərilərə güzəştli tariflər təklif edir. Bu təklif yalnız "Bank VTB (Azerbaijan)"ın deyil, eləcə də VTB qrupun güzəştli şəbəkəsinə daxil olan bankların müştərilərinə aiddir.

Bankdan "Report"a bildirilib ki, güzəştli şəbəkəyə VTB (Azerbaijan), VTB (Georgia), VTB (Ukraine), VTB (Kazakhstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24, "Moskva Bankı" və "Poçt Bank" daxildir.

Güzəştli tariflərə əsasən, VTB qrupa aid digər banklardan "Bank VTB (Azerbaijan)"a pul köçürüldükdə komissiya köçürülən məbləğin cəmi 0,3-0,5%-ni təşkil edir. Bu halda komissiyanın minimal məbləği 1 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 100 rubl, maksimal məbləği isə 500 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 5 000 rubl təşkil edir. Vəsaitin hesaba köçürülməsi tarifi isə köçürmənin maksimum 0,2%-i qədərdir.

Bununla yanaşı, sərfəli tariflər vahid güzəştli bankomat şəbəkəsi çərçivəsində də qüvvədədir. Bu şəbəkəyə VTB qrupuna aid banklarından əlavə yerli "Accessbank" QSC də daxildir. Belə ki, şəbəkənin bankomatlarından vəsaitin nağdlaşdırılmasına görə əlavə komissiya tutulmur.

"Müştərilər vahid bankomat şəbəkəsi vasitəsilə Qrupa daxil olan digər bankların bankomatlarından nağd pul çıxararkən VTB (Azerbaijan)-ın mövcud tariflərinə uyğun komissiya tutulur. Bundan başqa, "Bank VTB (Azerbaijan)" kartlarının sahiblərinə bu bankomatlarda daha yüksək nağdlaşdırma limiti verilir.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. Bankın səhmdarları "VTB Bank " və "AtaHolding" ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi