"Bank VTB (Azerbaijan)" müştərilər üçün yeni xidmət istifadəyə verib

"Bank VTB (Azerbaijan)" müştərilər üçün yeni xidmət istifadəyə verib Bakı. 13 mart. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştəriləri üçün “Vahid Xidmət” sistemi adlı yenilik tətbiq edib. İndi bankın bütün müştərilə...
Maliyyə
13 Mart , 2017 15:38
Bank VTB (Azerbaijan) müştərilər üçün yeni xidmət istifadəyə verib

Bakı. 13 mart. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştəriləri üçün “Vahid Xidmət” sistemi adlı yenilik tətbiq edib. İndi bankın bütün müştəriləri, o cümlədən fiziki və hüquqi şəxslər hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını "Bank VTB (Azerbaijan)"ın istənilən filialında həyata keçirə bilər.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Yenilik, müştərilərə vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etməyə və onlar üçün bankın ən yaxın ofisinə müraciət etməyə imkan verir. Belə ki, “Vahid Xidmət” bankda cari, depozit, kart və kredit hesablarına aiddir. Müştərilər seçdiyi filialda əmanətlərini, cari və kart hesablarını artıra və ya qismən çıxara, əmanət müqaviləsinə vaxtından əvvəl xitam verə bilər.

Bankın ofisindən asılı olmayaraq, “Vahid Xidmət” sayəsində müştərilər kredit borcları üzrə tam məlumat əldə edə biləcək, borclarını bütövlüklə və ya qismən ödəyə biləcəklər. Yeni xidmət müştəriyə onun üçün ən rahat olan filialda qüvvədə olan sərəncamın parametrlərini dəyişməyə və ya ləğv etməyə, arayış və çıxarış almağa, ödəmə tapşırıqları verməyə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi