"​Bank VTB (Azerbaijan)" milli prosessinq mərkəzinə keçib

"​Bank VTB (Azerbaijan)" milli prosessinq mərkəzinə keçib Milli prosessinq mərkəzinə keçidlə bağlı işlərə bir ay əvvəl başlanılıb
Maliyyə
28 Avqust , 2015 12:19
​Bank VTB (Azerbaijan) milli prosessinq mərkəzinə keçib

Bakı. 28 avqust. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC "Azericard" Prosesinq Mərkəzinə keçidi uğurla başa çatdırb. Bank, Prosessinq Mərkəzinə keçidə bir ay əvvəl start verib. Daha öncə "Bank VTB (Azerbaijan)" ASC "VTB Group"un törəmə qurumu kimi Rusiyanın “Multikarta” Prosessinq Mərkəzi ilə əməkdaşlıq edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.

"Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Bank qarşısında AMB-nin “Ödəmə kartlarının emissiyası və istifadəsi Qaydaları”na uyğun olaraq ödəmə kartlarının və terminal şəbəkəsinin milli prosessinq mərkəzinə keçirilməsi tələbi qoyulmuşdur. Mərkəzi Bankın tövsiyələrinə əsasən, Bank yerli prosessinq mərkəzinə keçid layihəsini həyata keçirib. Ümumilikdə, yeni prosessinq mərkəzinə keçid plana uyğun reallaşdırılıb. Artıq bankımızın bütün ödəmə kartları və terminal şəbəkəsi "Azericard" tərəfindən dəstəklənir”, - deyə "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azerbaijan)"ın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bank əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi