“Bank VTB (Azerbaijan)” korporativ müştərilərə overdraft xidməti təklif edir

“Bank VTB (Azerbaijan)” korporativ müştərilərə overdraft xidməti təklif edir Overdraftın müddəti 1 gündən 30 günədək təşkil edir
Maliyyə
17 Avqust , 2017 16:45
“Bank VTB (Azerbaijan)” korporativ müştərilərə overdraft xidməti təklif edir

Bakı. 17 avqust. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC sahibkarlara qısamüddətli kredit məhsulu olan overdraft xidmətini təklif edir. Overdraftın müddəti 1 gündən 30 günədək təşkil edir.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Overdraft hesablaşma hesabındakı pul dövriyyəsində müvəqqəti vəsait çatışmazlığı ilə üzləşən müştərilərə avtomatik verilən qısamüddətli kreditdir. Overdraft xidməti hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulub.

Məhsuldan istifadə etmək üçün bankın müştərilərinə limit müəyyənləşdirmək və müvafiq anketi doldurmaq kifayətdir. Bankın müştərisi olmayan şirkətlər overdraftdan istifadə etmək üçün əlavə olaraq digər bankdakı hesablarındakı dövriyyə üzrə arayış təqdim etməli, xidmətin göstəriləcəyi barədə təsdiq aldıqdan sonra “Bank VTB (Azerbaijan)”də hesablaşma hesabı açmalıdır.

Overdraft üzrə limit müştərinin tələbatı nəzərə alınmaqla fərdi qaydada müəyyənləşdirilir.

Qeyd edək ki, “Bank VTB (Azerbaijan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. Səhmdarları “ VTB Bank” ASC və “AtaHolding” ASC-dir. 

Son xəbərlər

Orphus sistemi