"Bank VTB (Azerbaijan)" korporativ müştəri bazasını artırıb

"Bank VTB (Azerbaijan)" korporativ müştəri bazasını artırıb Bakı. 26 yanvar. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)” ASC-nin korporativ müştərilərinin sayı 2016-cı il ərzində əhəmiyyətli dərəcədə artıb. “Rep...
Maliyyə
26 Yanvar , 2017 10:25
Bank VTB (Azerbaijan) korporativ müştəri bazasını artırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)” ASC-nin korporativ müştərilərinin sayı 2016-cı il ərzində əhəmiyyətli dərəcədə artıb. “Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, il ərzində “Bank VTB (Azerbaijan)”ın komandası 300-dən çox yeni korporativ müştəri cəlb edə bilib. Ötən il korporativ biznes üzrə gəlirlər 10 dəfə, hüquqi şəxslərin hesablaşma-kassa əməliyyatları üzrə dövriyyə isə 6 dəfədən çox artıb.

Bankın əsas müştəriləri Azərbaycan və Rusiya bazarlarında fəaliyyət göstərən beynəlxalq şirkətlərdir. Qeyd edək ki, “Bank VTB (Azerbaijan)” 2016-cı ildə strategiyasını yenidən nəzərdən keçirib və korporativ biznes istiqamətində fəaliyyətini aktivləşdirmək barədə qərar qəbul edib. Bankın başlıca məqsədi biznesi Azərbaycan və Rusiya bazarı ilə əlaqəli olan hər iki ölkə sahibkarları üçün əsas tərəfdaş-banka çevrilməkdir. İl ərzində Bank, “VTB” beynəlxalq maliyyə qrupunun üstünlüklərindən istifadə edərək qrupun fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan şirkətlərinin transsərhəd əməliyyatlarını fəal dəstəkləyib.

“Bank VTB (Azerbaijan)”ın planlarına əsasən, 2017-ci ildə tranzaksiya biznesinin ikiqat artırılması, 2019-cu ilədək isə bu göstəricinin 5 dəfədən çox artırılması nəzərdə tutulur.

“Hazırda bank tərəfindən tranzaksiya əməliyyatlarının həcminin artırılması istiqamətində iş aparılır. Bu, qarşıya qoyulan strateji məqsədlərin reallaşması, eləcə də korporativ biznes məhsulların təkmilləşdirilməsi, o cümlədən VTB qrupun müxtəlif ölkələrdəki bankları ilə birgə məhsulların tətbiqi hesabına mümkün olacaq”, – deyə “Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı Departamentinin direktoru İqor Okayev bildirib.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi