​"Bank VTB (Azerbaijan)" korporativ bankçılıq sektoruna diqqəti artırır

​"Bank VTB (Azerbaijan)" korporativ bankçılıq sektoruna diqqəti artırır Yuri Yakovlev: "Yeni korporativ müştərilərlə tərəfdaşlığa başlamağı planlaşdırırıq"
Maliyyə
12 İyun , 2015 14:05
​Bank VTB (Azerbaijan) korporativ bankçılıq sektoruna diqqəti artırır

Bakı. 12 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC Azərbaycanda əməkdaşlıq və tərəfdaşlıq etdiyi korporativ müştərilərin siyahısını genişləndirmək niyyətindədir.

Bunu "Report"a açıqlamasında "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Bankımız Azərbaycanda bir sıra iri istehsalat müəssisəsi ilə əməkdaşlığı davam etdirməyi və yeni korporativ müştərilərlə tərəfdaşlığa başlamağı planlaşdırır. Hazırda bank inşaat, qida, mebel sənayesi və s. sahələrdə əməkdaşlıq əlaqələri qurub".

Bununla yanaşı, İdarə Heyətinin sədri gələn aydan etibarən Mərkəzi Bankın kommersiya banklarına manat vəsaiti ayırması ilə ölkədə kredit əməliyyatlarının daha da artacağı bildirilib: "Bank VTB (Azerbaijan)" pərakəndə istehlak və korporativ müştərilərin kreditləşməsini bərabərləşdirməyi planlaşdırır. Bundan başqa, bu il Azərbaycanda ən yaxşı internet-bankçılıq sisteminin istifadəyə verilməsi bankın əsas planları arasındadır. Bununla da VTB qrupuna daxil olan və MDB-nin müxtəlif ölkələrində yerləşən banklarla inteqrasiyanı sürətləndirmək niyyətindəyik. Nəticədə "Bank VTB (Azerbaijan)"ın müştəriləri onlayn rejimdə bank əməliyyatlarını həyata keçirə biləcəklər".

"Həmçinin, yeni - "Mənim bankım - mənim ailəm" layihəsinə başlamağı planlaşdırırıq", - Y.Yakovlev qeyd edib.

Son xəbərlər

Orphus sistemi