“Bank VTB (Azerbaijan)” kapitalın adekvatlıq əmsalını artırır

“Bank VTB (Azerbaijan)” kapitalın adekvatlıq əmsalını artırır Bakı. 7 iyun. REPORT.AZ/ Böyüklüyünə görə Rusiyanın ikinci bankının qrupuna daxil olan “Bank VTB (Azebaijan)” ASC 1 və 2 dərəcəli kapitalının adekv...
Maliyyə
7 İyun , 2017 17:19
“Bank VTB (Azerbaijan)” kapitalın adekvatlıq əmsalını artırır

Bakı. 7 iyun. REPORT.AZ/ Böyüklüyünə görə Rusiyanın ikinci bankının qrupuna daxil olan “Bank VTB (Azebaijan)” ASC 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı normativini, həmçinin məcmu kapitalının bu il aprelin 1-nə olan həcmini açıqlayıb.

“Report” Banka istinadən xəbər verir ki, onlar 5%, 10% və 50 mln. AZN normativinə müvafiq olaraq 22,07%, 37,8% və 51,06 mln. manat həcmindədir: “2016-ci ildə inkişaf strategiyası çərçivəsində bankın səhmdarları tərəfindən əlavə vəsait ayrılması həyata keçirilib”.

Bankın daha əvvəl də açıqladığı hesabatda 2017-ci ilin birinci yarısında kapitalının adekvatlığı əmsalının artdığı əks olunub. Normativlərin icra edilməsi “VTB” Qrupu və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında əldə edilmiş razılaşma çərçivəsində törəmə bankına 141,8 mln. manatdan çox əlavə vəsait yatıran “VTB”nin Baş ofisinin dəstəyi sayəsində mümkün olub. 

Son xəbərlər

Orphus sistemi