“Bank VTB (Azerbaijan)” kampaniya keçirir

“Bank VTB (Azerbaijan)” kampaniya keçirir Kampaniya Yeni il bayramı ilə bağlıdır
Maliyyə
1 Dekabr , 2016 15:57
“Bank VTB (Azerbaijan)” kampaniya keçirir

Bakı. 1 dekabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Yeni İl bayramı münasibəti ilə bu gündən “Yeni İl hədiyyəsi” adlı aksiyaya start verib. 

Bankdan “Report”a verilən məlumata görə, yanvarın 31-nə qədər davam edəcək aksiya çərçivəsində müştərilərə pərakəndə məhsullar üzrə endirim və bonuslar hədiyyə ediləcək.

Belə ki, bu müddət ərzində fərdi bank seyflərini icarəyə götürən müştərilər əhəmiyyətli endirim əldə edəcəklər. Seyflərin ölçüsündən və icarə müddətindən asılı olaraq endirim 50%-dən çox olacaq. İcarənin maksimal müddəti 12 aydır.

Manatla depozit açan müştərilər bankın mövcud faiz dərəcələrinə əlavə 1% əldə edəcək. Milli valyutada olan depozit üzrə illik faiz dərəcəsi müddətdən və faizlərin ödənişinin şərtlərindən asılı olaraq 18%-ə qədər artacaq.

Yeni İl aksiyası dövründə bank “Depozit girovlu kredit” məhsulu üzrə də yeni şərtlər təklif edir. Kreditin faiz dərəcəsi depozit müqaviləsinin illik faizinin +2%-ni təşkil edir. Qeyd edək ki, standart şərtlərə əsasən, kreditin faiz dərəcəsi depozitin illik faiz dərəcəsinə +4%-ə bərabərdir.

“Zolotaya Korona”, “Blizko”, “Contact”, “Monex” pulköçürmə sistemləri vasitəsi ilə 1 000 manatdan (və ya valyuta ekvivalenti) artıq pul vəsaiti göndərən və alan müştərilərə bank 1 il müddətinə pulsuz "Visa Classic" (və ya "Visa Electron") debet plastik kartı hədiyyə edəcək.

“Paket sığorta” məhsulu çərçivəsində ”KASKO” sığorta paketi alan müştərilər hədiyyə olaraq 1 illik "Visa Gold" debet kartı qazanacaq.

Daha ətraflı məlumatı 24 saat xidmət göstərən 986 nömrəli Çağrı Mərkəzindən almaq mümkündür.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Onun səhmlərinin 51%-i "VTB Bank" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən Holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi