“Bank VTB (Azerbaijan)” ipoteka aksiyası keçirir

“Bank VTB (Azerbaijan)” ipoteka aksiyası keçirir Bakı. 13 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” QSC Yeni il ərəfəsində ipoteka kreditləri ilə bağlı aksiyaya başlayıb.
Maliyyə
13 Noyabr , 2017 14:37
“Bank VTB (Azerbaijan)” ipoteka aksiyası keçirir

Bakı. 13 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” QSC Yeni il ərəfəsində ipoteka kreditləri ilə bağlı aksiyaya başlayıb.

“Report” Banka istinadən xəbər verir ki, aksiya müştərilərə bu ilin sonuna qədər dövlət xətti ilə illik 7%-lə kredit götürməyə imkan verəcək.

“Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləri 3-25 illik müddətə təqdim oluur. Kredit üzrə ilkin ödəniş tələbi 20%-dir. Borcalanın gəliri tələb olunan məbləğdə kredit almaq üçün yetərli olmadıqda, kredit almaq üçün daha iki borcalan cəlb oluna bilər.

Xatırladaq ki, əhalinin müəyyən kateqoriyası (şəhidlərin ailə üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluğunda çalışanlar, elmlər namizədi və ya doktor elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olan şəxslər) üçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti də nəzərdə tutulur. Güzəştli ipoteka krediti üzrə faiz dərəcəsi illik 4%, minimal ilkin ödəniş isə 15% təşkil edir. Güzəştli kreditin maksimal məbləği 100 000 manata qədər, maksimal müddəti isə 30 ilə qədərdir. Hər ailə güzəştli ipoteka kreditindən bir dəfə yararlana bilər. 

Son xəbərlər

Orphus sistemi