“Bank VTB (Azerbaijan)”ın səhmdarları növbədənkənar toplaşacaq

“Bank VTB (Azerbaijan)”ın səhmdarları növbədənkənar toplaşacaq Yığıncağın gündəliyi açıqlanmayıb
Maliyyə
24 Avqust , 2017 14:58
“Bank VTB (Azerbaijan)”ın səhmdarları növbədənkənar toplaşacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Sentyabrın 29-da “Bank VTB (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, iclas saat 11:00-da Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəraimanov rayonu, Xətai prospekti, 38 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi