“Bank VTB (Azerbaijan)”ın rəhbərliyinə yeni təyinat olub

“Bank VTB (Azerbaijan)”ın rəhbərliyinə yeni təyinat olub Bankın İdarə Heyətinə yeni üzv seçilib
Maliyyə
7 Fevral , 2017 12:51
“Bank VTB (Azerbaijan)”ın rəhbərliyinə yeni təyinat olub

Bakı. 7 fevral. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-də yeni təyinat olub.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, “Bank VTB (Azerbaijan)”ın Risklər və monitorinq Departamentinin direktoru Vadim Klimenko Bankın İdarə Heyətinin (İH) üzvü seçilib. O, bu vəzifədə risklərin idarə olunmasına və problemli kreditlərə cavabdeh olacaq.

Vadim Klimenko fərqlənmə diplomu ilə Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə Dövlət İqtisad Universitetini, eləcə də Biznesin İdarəedilməsi ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda iqtisadiyyat və maliyyə istiqamətində “Executive MBA” üzrə University of Chicago-da təhsilini davam etdirir.

2005-ci ildən Azərbaycanın iri banklarından birində maliyyə və risklərin idarəedilməsi departamentlərində rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildən isə “Bank VTB (Azerbaijan)”ın Risklər və monitorinq Departamentinə rəhbərlik edir.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi