"Bank VTB (Azerbaijan)"ın rəhbərliyində dəyişikliklər olub

"Bank VTB (Azerbaijan)"ın rəhbərliyində dəyişikliklər olub Dəyişikliklər Bankın Müşahidə Şurasında baş verib
Maliyyə
13 Oktyabr , 2016 12:45
Bank VTB (Azerbaijan)ın rəhbərliyində dəyişikliklər olub

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. "Report" xəbər verir ki, MŞ-nın üzvü Rəşad Fərhad oğlu Rəsullu MŞ-nın sədr müavini, indiyə qədər müavin olan Tsaryov Sergey Vladimiroviç isə üzv təyin edilib.

Bundan başqa, MŞ-ya daha bir üzv seçilib. Yeni üzv "Ataholding" MMC-nin Hüquq Departamentinin direktorudur.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2009-cu ildə 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında yaradılıb, Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Səhmlərin 51%-i Rusiya tərəfinə, 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə bir fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi