​"Bank VTB (Azerbaijan)"ın rəhbərliyində dəyişiklik olub

​"Bank VTB (Azerbaijan)"ın rəhbərliyində dəyişiklik olub Səbəb kimi bankın strategiyasının dəyişməsi göstərilir
Maliyyə
12 İyul , 2016 12:48
​Bank VTB (Azerbaijan)ın rəhbərliyində dəyişiklik olub

Bakı. 12 iyul. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. Bankdan "Report"a verilən məlumata görə, İH-nin üzvü Tural Eldəniz oğlu Vəliyev vəzifəsindən azad edilib.

Onun işdən kənarlaşdırılmasına səbəb kimi bankın strategiyasının dəyişməsi göstərilir. Belə ki, "Bank VTB (Azerbaijan)"da T.Vəliyevin tutduğu vəzifə ləğv edilib, buna görə də, avtomatik olaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti artırılmayıb.

Xatırladaq ki, 30 sentyabr 2015-ci il tarixindən "Bank VTB (Azerbaijan)"nın İH-nin üzvüdür. O, Bankda 2009-cu ildən işləyir.

"Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun səhmdarları "VTB Bank" ASC (51%), “AtaHolding” ASC (48,99%) və 1 fiziki şəxsdir (0,01%).  

Son xəbərlər

Orphus sistemi