​"Bank VTB (Azerbaijan)"ın Müşahidə Şurasında dəyişiklik olub

​"Bank VTB (Azerbaijan)"ın Müşahidə Şurasında dəyişiklik olub Yaxın vaxtlarda Bankın Müşahidə Şurasına yeni təyinatın olacağı gözlənilir
Maliyyə
14 İyun , 2016 16:07
​Bank VTB (Azerbaijan)ın Müşahidə Şurasında dəyişiklik olub

Bakı. 14 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. 

"Report" xəbər verir ki, MŞ-nın üzvü Skrınçenko Anna Aleksandrovna Bankın səhmdarlarının qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Onun yerinə hələlik heç kim seçilməyib. Bu vəzifəyə yaxın vaxtlarda təyinat olacağı gözlənilir.

Xatırladaq ki, Skrınçenko Anna Aleksandrovna 2012-ci ildən "Bank VTB (Azerbaijan)"ın rəhbərliyində təmsil olunurdu.

Son xəbərlər

Orphus sistemi