Yuxarı
    Bağlamaq

    “Bank VTB (Azerbaijan)”ın Müşahidə Şurasına yeni sədr təyin edilib

    Söhbət Mixail Eduardoviç Oseyevskidən gedir

    Bakı. 19 yanvar. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin Müşahidə Şurasının yeni tərkibinə Mixail Eduardoviç Oseyevski rəhbərlik edəcək. “Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

    Məlumata görə, O, “Bank VTB”-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

    M.Oseyevski 1960-cı ildə Sankt-Peterburqda anadan olub. "Bank VTB"-də 2012-ci ildən fəaliyyət göstərir. "VTB24" və "VTB (Gürcüstan)" Müşahidə şuralarının tərkibinə daxildir, eləcə də "VTB (Qazaxıstan)" və "VTB (Belarus)" banklarının Direktorlar şurasının üzvüdür.

    "Bank VTB (Azerbaijan)"ın Müşahidə Şurasının (MŞ) sədrinin müavinləri vəzifəsinə Anna Şumeyko və Rəşad Rəsullu təyin edilib. Bankın MŞ tərkibinə həmçinin "VTB (Azərbaycan)"ın səhmdarlarının nümayəndələri daxil olub: "AtaHolding"dən Müseyib Əliyev və Qorxmaz Ağayev, eləcə də VTB-dən Sergey Tsarev və "VTB24"-dən Dmitriy Popov.

    Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Onun səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi