"Bank VTB (Azerbaijan)"ın "Gənclik" filialı gücləndirilmiş iş rejiminə keçib

"Bank VTB (Azerbaijan)"ın "Gənclik" filialı gücləndirilmiş iş rejiminə keçib Filialın iş saatları da uzadılıb
Maliyyə
13 May , 2017 14:42
Bank VTB (Azerbaijan)ın Gənclik filialı gücləndirilmiş iş rejiminə keçib

Bakı. 13 may. REPORT.AZ/ Bakıda IV İslam Həmrəyliyi Oyunlarının (12-22 may) keçirilməsi ilə əlaqədar "Bank VTB (Azerbaijan)" ASC-nin “Gənclik” filialı istirahət günləri də işləyəcək.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Filialın iş saatları da uzadılıb. Belə ki, oyunlar müddətində filial həftə içi saat 09:00-dan 19:00-dək, istirahət günlərində isə saat 10:00-dan 19:00-dək işləyəcək. Kassaların iş saatı həftə içi 09:00-dan 18:00-dək, istirahət günləri 10:00-dan 18:00-dəkdir. Belə iş rejimi İslamiada başa çatana qədər, yəni 22 may 2017-ci il tarixinə kimi davam edəcək.

Filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pulköçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər xidmətlərini göstərməyə davam edəcək.

Filial “Gənclik” metro stansiyasının çıxışı yaxınlığında, Atatürk prospekti, 2 ünvanında yerləşir.

Bundan başqa, bu günlərdə müştərilər "Bank VTB (Azerbaijan)"ın bütün bankomat və POS-terminallarından istifadə edə bilər. İslam Həmrəyliyi Oyunları müddətində Bank onların fasiləsiz və sabit işini təmin edəcək, bütün bankomatları kifayət qədər valyuta ilə təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi