"Bank VTB (Azerbaijan)"ın faiz mənfəəti 19% artıb

"Bank VTB (Azerbaijan)"ın faiz mənfəəti 19% artıb Cari ilin ilk yarısında Bankın gəlirləri 40,4%, xərcləri isə 78% artıb
Maliyyə
5 Avqust , 2015 12:20
Bank VTB (Azerbaijan)ın faiz mənfəəti 19% artıb

Bakı. 5 avqust. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC cari ilin ilk yarısını 11,1 mln. manat həcmində zərərlə yekunlaşdırıb. Ötən ilin ilk yarımilliyində isə Bankın 2,5 mln. manat mənfəət əldə edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu ilin birinci yarısında gəlirlər illik müqayisədə 40,4% artaraq 28,4 mln. manat, xərclər isə 78,2% artaraq 18,1 mln. manat təşkil edib.

Hesabat dövründə Bankın faiz gəlirləri 26,996 mln. manat, faiz xərcləri 9,3 mln. manat olub. Beləliklə, Bank birinci yarımili 17,7 mln. manat faiz mənfəəti ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

Bu müddətdə "Bank VTB (Azerbaijan)"ın qeyri-faiz gəlirləri 1,5 mln. manat, qeyri-faiz xərcləri 8,8 mln. manat təşkil edib. Belə ki, birinci yarımillikdə Bankın qeyri-faiz zərəri 7,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,7% çoxdur. 

Son xəbərlər

Orphus sistemi