"Bank VTB (Azerbaijan)" iki tender keçirir

"Bank VTB (Azerbaijan)" iki tender keçirir Bank təsərrüfat malları və dəftərxana ləvazimatları almaq niyyətindədir
Maliyyə
20 Oktyabr , 2016 10:18
Bank VTB (Azerbaijan) iki tender keçirir

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC təsərrüfat mallarının alınması ilə əlaqədar açıq tender elan edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, tender təkliflərinin qiymətləndirilməsində ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə üstünlük veriləcək.

Bundan başqa, Bank dəftərxana ləvazimatlarının alınması ilə əlaqədar açıq tender elan edib.

Hər iki tender üzrə təkliflər 28 oktyabr 2016-cı il saat 16:00-dan gec olmayaraq, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr-ti,38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Əlaqələndirici şəxs Rüfət Sultanovdur (tel.: 012 437 71 20; 492 00 80 (daxili - 1252); faks: 012 437 71 21; mob.: 050 286 00 87).

Son xəbərlər

Orphus sistemi